AZ

Qohumun sözünə görə evdə dava düşdü Təpiklənən qadın ərini məhkəmədə bağışladı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda 50 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 11-də baş verib. 1976-cı il təvəllüdlü Əfsun həmin gün saat saat 18 radələrində yaşadığı fərdi yaşayış evinin daş hasarla əhatə olunmuş daxili həyətində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. Buna səbəb onların həmin münasibətdən olan 2021-ci il təvəllüdlü övladlarının qohumlarından biri tərəfindən nadinclik etməməsini bildirməsini görüb. Bundan əsəbiləşən ərin arvadı ilə bu zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə etdikdə sonra onun üzərinə hücum edib. Qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə arvadının sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə vurub. Qadın zərbələrin təsirindən yerə yıxılıb. Bu zaman o, yerdə yerdə yıxılmış vəziyyətdə olan arvadının ayaq və bədəninin müxtəlif nahiyələrinə də təpik zərbələri ilə vurub. Hadisəni törədən Əfsunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də qadın ərinə qarşı şikayətini geri götürüb. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demorkat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
demokrat.az

1Mənbələr