AZ

İşlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə həmin proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.

Ötən il 18,4 min nəfər peşə hazırlığına cəlb edilib ki, bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur.

Peşəyönümü xidmətlər göstərilən şəxslərin illik sayı isə hımin dövrdə 3 dəfəyə yaxın artaraq 342,7 minə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
11
bakivaxti.az

10Mənbələr