"Bayern Münhen" müdafiəçisi Deotşankül Yupamekano ilə müqavilə yeniləyib.
Fanat.Az Almaniya nəhənginin mətbuat xidmətinə istinadən xəbər veri ki, 27 yaşlı fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Yupamekano 2021-ci ildən "Bayern"in formasını geyinir.
Sözügedən futbolçu cari mövsüm bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat