AZ

Bacısı oğluna işgəncə verən qadınla bağlı QƏRAR

Yazını böyüt
Yazını kiçilt

Qəyyumluğunda olan 14 yaşlı bacısı oğluna qarşı amansız rəftar edərək ona xəsarətlər yetirməkdə ittiham olunan Günay Novruzova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Hafta.az bildirir ki, sözügedən qərar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baş tutan iclasda qəbul olunub.

Məhkəmənin çıxardığı qərara görə, Günay Novruzovanın həbsdə saxlanılma müddəti daha 3 ay 14 gün uzadılıb.

Bildirək ki, himayədarı tərəfindən zorakılıq görən azyaşlı ilə əlaqədar prosessual addımlar Daxili İşlər Nazirliyinin (DİN) xüsusi nəzarətinə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq əzab vermə maddəsinə əsasən cinayət işi açılıb.

Xatırladaq ki, zərərçəkmiş 14 yaşlı yeniyetmə hər iki valideynini itirmiş şəxsdir. Onun xalası tərəfindən işgəncələrə məruz qaldığı bildirilir. Hazırda azyaşlı tibb müəssisəsinə yerləşdirilib və müalicə alır.

Günay Novruzovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 133.2.5-ci (əzab vermə zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib./oxu.az/

Seçilən
37
2
hafta.az

3Mənbələr