AZ

Dayo Upamekano “Bavariya”da qalır

"Bavariya" Dayo Upamekano komandada qalacağını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız müdafiəçi Münhen klubuyla müqaviləsini 2028/2029 mövsümünün sonuna qədər uzadıb.

Son aylarda Upamekano tez-tez transfer xəbərlərinin mərkəzində idi, çünki onun əvvəlki müqaviləsi yaxın yayadək qüvvədə idi. 27 yaşlı futbolçu “Bavariya”da beşinci mövsümünü keçirir. Bu müddət ərzində o, 180 rəsmi oyunda iştirak edib, 6 qol vurub və 11 assist edib.

"Bavariya" hazırda Bundesliqada liderdir və ikinci pillədəki "Borussiya Dortmund"dan 6 xal öndədir. Münhen komandası fevralın 14-də, şənbə günü səfərdə "Verder Bremen" ilə qarşılaşacaq.

Seçilən
12
90deqiqe.az

1Mənbələr