AZ

2025-ci ildə ən çox forması satılan futbolçu kimdir?

2025-ci ildə ən çox satılan forma Lamin Yamala məxsusdur. “Barselona”nın vingerinin idman geyimi dünya üzrə 1,35 milyon nüsxə satılıb.

Publika.az xəbər verir ki, bu barədə "Score 90" məlumat yayıb.

Bu, həm "Nike" üçün ciddi kommersiya artımı, həm də Yamalın yeni superulduz statusunun təsdiqi kimi qiymətləndirilir.

O, hətta Lionel Messini də geridə qoyub. Argentinalı superulduz 1,278 milyon ədəd satılan forma ilə reytinqdə ikinci yerdə qərarlaşıb.

"Üçlüy"ü Robert Levandovski tamamlayır - 1,1 milyon. Polşalı hücumçu hələ də “Barselona” azarkeşləri arasında ən populyar oyunçulardan biridir.

Seçilən
13
publika.az

1Mənbələr