AZ

Zelenskinin Ofisi Rusiya və ABŞ ın iştirakı ilə növbəti danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

APA-nın "Evropeyskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Volodimir Zelenskinin müşaviri Dmitri Litvin bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

"Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”, - Zelenskinin müşaviri vurğulayıb.

Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
apa.az

4Mənbələr