AZ

Günəş Yer kürəsinə tərəf dönüb "gülümsəməyə başladı"

Günəşdə iki aktiv bölgə və sıx plazmanın nəhəng buludu "smayl"a bənzər görüntü yaradıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Məlumata görə, Günəş hazırda təqribən 1.5 milyon kilometr ölçüyə malik nəhəng "smayl"ı xatırladır. Ulduzun "gözləri" hər biri Yer kürəsindən təxminən 10 dəfə böyük olan iki nəhəng aktiv bölgədir. "Təbəssüm"ü isə ölçüsü təqribən 0.5 milyon km təşkil edən "nəhəng protuberans" yaradır.

Alimlər qeyd ediblər ki, Günəş hazırda bu qeyri-adi görünüşdə Yer kürəsinə doğru istiqamətlənib, ona yaxın planetlər (Merkuri, Venera və Mars) ulduzun əks tərəfindədirlər.

Günəş Yer kürəsinə tərəf dönüb gülümsəməyə başladı

Seçilən
11
4
moderator.az

5Mənbələr