Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, ad çəkmədən həmkarlarından birinə sərt sözlər ünvanlayıb.
Əliyev paylaşımında qarşı tərəfi şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı ittiham edib. O, bunları yazıb:
"Sen arvad almamışdan öncə kiminsə arvadı idin. Kişilikdən danışacaq axırıncı adamsan. Natamamlıqdan danışırsan, ağzımı niyə açırsan? Hansı kişilikdən danışırsan? Cavan müğənniləri kabinetlərə kimlərin yanına aparırsan? Bilmirsən səni yerle bir edərəm. Sənin evinə gəlib girərəm. Bu dəfə adını çəkmirəm".
Aparıcının bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın kimə ünvanlandığı ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər. Tarix Əliyev isə hələlik qarşı tərəfin adını açıqlamayıb.
Musa
Milli.Az