AZ

Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi



Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib.

Medicina.az xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir. /oxu.az.




Seçilən
48
2
medicina.az

4Mənbələr