
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Cenevrədə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a verdiyi açıqlamada deyib.
"Bu dəfə Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Medinski rəhbərlik edəcək",-Peskov qeyd edib.
Bundan əlavə, o görüşün Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda keçiriləcəyini qeyd edib.
İlahə Qənbərli
Missiya.Az