AZ

Kreml ABŞ və Ukrayna ilə danışıqların yeni raundunun tarixini açıqlayıb - YENİLƏNİB

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqların növbəti raundu fevralın 17-18-də Cenevrədə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında keçiriləcək", - Kremlin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqların yeni raundunun gələn həftə keçirilməsi ilə bağlı razılaşma var. Danışıqların yeri və dəqiq tarixi barədə sizə məlumat verəcəyik", - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüşün Mayamidə keçirilə biləcəyini açıqlamışdı.

Seçilən
28
2
far.az

3Mənbələr