Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hər il keçirilən Münhen Təhlükəsizlik Konfransı bu il də Rusiya – Ukrayna müharibəsinin davam etməsi fonunda baş tutacaq.
“AzPolitika” xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, onlarla dünya liderinin iştirakına baxmayaraq, Avropa rəsmiləri bu konfransda da heç bir irəliləyiş gözləmir. Gözlənilən daha çox həmrəylik bəyanatının verilməsidir.
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Dövlət Katibi Marko Rubio, NATO Baş Katibi Mark Rutte, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Keir Starmer Münhendəki konfransda iştirak edəcəklər.
Lakin, bir neçə Avropa rəsmisinin sözlərinə görə, görüşlərdən konkret nəticələr gözləmək çətindir.
Avropa və Amerika rəsmilərinə görə, ABŞ Kiyevə Ukrayna ilə Rusiya arasında müharibəyə ümumi son qoyulana qədər təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca bir razılaşma bağlamayacağını açıq şəkildə bildirib. Çünki Donald Tramp administrasiyası gələcək danışıqlara mane ola biləcək bir sənəd imzalamaq istəmir. Adının çəkilməsini istəməyən yüksək vəzifəli ABŞ rəsmilərindən biri qeyd edib.
Qəzetin yazdığı kimi, danışıqlarda ərazi məsələsi əsas maneə olaraq qalır. Rusiya Donbas üzərində, o cümlədən ələ keçirmədiyi ərazilər üzərində tam nəzarətdə israr edir. Lakin Ukrayna hələ də nəzarətində olan əraziləri güzəştə getməyə hazır deyil.
Bununla yanaşı, Amerika Birləşmiş Ştatları, Ukrayna və Rusiya gələn həftə, ehtimal ki, Mayami və ya Əbu-Dabidə yeni bir görüş planlaşdırırlar. Lakin Əbu-Dabidə keçirilən son danışıqlar mərhələsi irəliləyiş olmadan başa çatıb.
Tərəflər mümkün atəşkəs və silahsızlaşdırılmış zonanın parametrləri ilə bağlı yanaşmalar barədə ilkin razılığa gəliblər. Lakin sərhəd məsələləri və Qərb təhlükəsizlik qüvvələrinin Ukraynada mümkün yerləşdirilməsi hələ də həll olunmayıb.
Bu arada Latviyanın xarici işlər naziri Baiba Braze deyib ki, hələlik Rusiyanın sülhə ciddi yanaşdığının heç bir əlamətini görmür.
"Rusiya döyüş meydanında əldə edə bilmədiyi şeylərə danışıqlar masasında nail olmağa çalışır", - deyə o bildirib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.