AZ

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi qarşılaşmaların vaxtı məlum olub.

Moderator.az UEFA-nın rəsmi internet səhifəsində yer alan məlumata əsasən bildirir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda D Liqasındakı çıxışına sentyabrın 27-də Litva ilə səfər oyunu ilə start verəcək.

Yığmamızın 2-ci qrupdakı son oyunu isə Lixtenşteynə qarşı səfərdə baş tutacaq.

UEFA Millətlər Liqası

D Liqası, 2-ci qrup

27 sentyabr

18:00. Litva - Azərbaycan

1 oktyabr

21:00. Azərbaycan - Lixtenşteyn

4 oktyabr

18:00. Azərbaycan - Litva

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan

Seçilən
16
moderator.az

1Mənbələr