ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 14-cü ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edən tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov SHXÇDX-nin yaradılmasının 14 illiyi münasibətilə xidmətin kollektivini təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu strategiyası və müasir, güclü ordu formalaşdırılması prosesi bu gün uğurla və ardıcıl şəkildə davam etdirilir. Məhz həmin uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan sabitlik, inkişaf və təhlükəsizlik mühitini təmin edərək regionun aparıcı dövlətinə çevrilib.
Bu siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirilərək daha da gücləndirildiyini qeyd edib.
Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işlərinin SHXÇDX tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyi vurğulayıb.
M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.