Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib.