AZ

“Monitorinq nəticələri Nazirlər Kabinetinə təqdim edilib”

“Ötən il “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən, Monitorinq qrupu tərəfindən 15 dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2025-ci ildə Komitənin fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib.

O qeyd edib ki, onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş (“Orbita” özəl uşaq bağçası) hesab edilib. 

B.Muradova bildirib ki, monitorinqlərin nəticələri barədə məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.

"Cebheinfo.az"

Seçilən
63
3
cebheinfo.az

7Mənbələr