AZ

Kadırovun oğlu görmə qabiliyyətini itirə bilər

Çeçenistan rəhbəri Ramzan Kadırovun ötən ay Qroznıda ağır qəzaya düşən oğlu Adam Kadırovun səhhəti açıqlanıb.
 
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun baş verən qəzadan sonra ağır xəsarət aldığı bildirilib.

Moskvada onun dalağı çıxarılıb və ona baş zədəsi, o cümlədən çənə sümüyünün sınığı diaqnozu qoyulmuşdu.

Lakin ən böyük təhlükə onun görmə sinirinin zədələnməsidir.
 
Həkimlər Adamın bir gözündə görmə qabiliyyətini itirmə riski olduğunu açıqlayıblar.

Məlumata görə qəza zamanı Adamı müşayiət edən mühafizəçilər daha ağır baş və onurğa xəsarətləri alıblar. Onlardan biri, Bislan Kaimov, ömürlük iflic qala bilər.

Xatırladaq ki, qəza 16 yanvarda Adam Kadırovun avtomobil idarə edərkən nəqliyyat vasitəsinin idarəetməsini itirməsi səbəbindən baş verib.
 
 

Seçilən
119
7news.az

1Mənbələr