AZ

BMT ABŞ-ın neft blokadası səbəbindən Kubada böhranın kəskinləşməsindən narahatdır

BMT ABŞ-ın neft blokadası səbəbindən Kubada böhranın kəskinləşməsindən narahatdır

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ABŞ-ın neft tədarükünü məhdudlaşdıran son tədbirləri nəticəsində Kubada böhranın dərinləşməsindən ciddi narahatlıq keçirir.

AFN.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Marta Murtado Cenevrədə keçirdiyi brifinqdə bəyanat verib. Onun sözlərinə görə, onilliklərdir davam edən maliyyə və ticarət embarqosu, ekstremal hava şəraiti və ABŞ-ın yanacaq tədarükünə qoyduğu məhdudiyyətlər ölkədə sosial-iqtisadi böhranı pik həddə çatdırıb.

Murtado vurğulayıb ki, səhiyyə, qida və su təchizatı sistemlərinin idxal olunan yanacaqdan asılılığı nəticəsində yaranan indiki kəsir bütün ölkə üzrə əsas xidmətlərin əlçatanlığını təhlükə altına qoyur və bu, sosial iğtişaşlar riskini artırır.

Yanvarın 29-da ABŞ-da imzalanan fərmana əsasən, Vaşinqton Kubaya neft tədarük edən dövlətlərin mallarına rüsumlar tətbiq edə bilər və bu sənədlə Kubadan gələn "təhlükə" bəhanə edilərək ölkədə fövqəladə vəziyyət rejimi elan olunub.

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya bu tədbirləri yanacaq tədarükünün "total blokadası" və beynəlxalq ticarət prinsiplərinin pozulması kimi qiymətləndirərək kəskin pisləyib. Bununla belə, Vaşinqton tərəfi energetika blokadası ilə bağlı Havana rəhbərliyi ilə təmasda olduqlarını və tərəflərin razılığa yaxın olduqlarını bildirib.

Seçilən
45
afn.az

1Mənbələr