AZ

Mətanət keçmiş sevgilisindən DANIŞDI: “Diz çöküb ayağından öpdüm” VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçi həyatındakı şəxslə yaşadığı problemdən danışıb:“Düzdür, başa düşülmədim. Amma qarşısında diz çöküb ağladım, dedim ki, qarşında elə bir bədbəxt qadın dayanıb ki... Onun gözü nə sənin cibindədir, nə də surətində... Gözü ürəyindədir. Əgər yarasını sağalda, gözünün yaşını quruda bilirsənsə, ürəyini aça bilirsənsə et. Ola bilər ki, gördüyün kimi gözəl deyiləm, yaşım səndən böyük ola bilər, bunları deyib məni paramparça etmə... O, məni elə bədbəxt etdi ki, 24 saat gözümün yaşı qurumadı. Bu qız səndən xoşbəxtlik istəyirdi. Bu qız yarımayıb da bu həyatda... 

 

Niyə onu təhqiredici dərəcədə deyirsən? Bunu heç bir ananın balasına etmək olmaz. Bilirəm ki, elə insan deyilsən. Gördün ki, Mətanət səni necə istədi, sən də ona bağlandın. Onu görmək istəmirəm. Bir var, mən gəlirəm, bilirəm ki, bu problemimi həll edə bilərsən. Etmə, amma deyirsən ki, heç vaxt, belə də öləcəksən, belə çürüyəcəksən. Olmaz! Əgər Mətanət qarşısında diz çöküb, ayağından öpüb, yalvarırsa... 

Baltanı başıma vurardın, ya da başımdan güllələyərdin. Onun eşqi məni elə günə qoydu ki, darmadağın etdi. Ona görə mahnı çıxarmıram, səhnədə yoxam, toylarda görünmürəm. Çünki başım belə dərdlərə qarışmışdı”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
bizim.media

2Mənbələr