Bu gün İtaliyanın Pila şəhərində paradağ xizəyi üzrə turnir start götürəcək.
Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, iki gün davam edəcək yarışda Azərbaycan paralimpiyaçısı Polad Rzayev də mübarizə aparacaq.
İdmançımız LW3 kateqoriyası üzrə çıxış edəcək.