AZ

Rusiya tarixçisi Roy Medvedev vəfat edib

Moskva, 13 fevral, AZƏRTAC

Rusiya tarixçisi, publisist və yazıçı Roy Medvedev 100 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, onun dəfn mərasimi fevralın 17-də Odintsovoda keçiriləcək.

Roy Medvedev 35-dən çox tarix kitabı və bioqrafiyanın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru və sovet dövrünün ən tanınmış tədqiqatçılarından biri olub. Onun əsərləri SSRİ-nin siyasi tarixini, dövlət xadimlərinin tərcümeyi-hallarını və XX əsrin əsas hadisələrinin təhlilini əhatə edir.

Roy Medvedev öz məqalələrində və ictimai çıxışlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu yüksək qiymətləndirib. O, Ulu Öndərin görkəmli liderlik bacarıqlarını və strateji düşüncəsini qeyd edərək vurğulayıb ki, Moskvada potensialı uzun müddət qiymətləndirilməyən dahi siyasətçi Azərbaycan üçün əsas tarixi şəxsiyyətə çevrilib. Tarixçi Azərbaycan xalqına hörmətlə yanaşıb, onun Sovet İttifaqının inkişafına verdiyi töhfələri qeyd edib və postsovet dövründə ölkəmizdəki dövlət quruculuğundan müsbət kontekstdə danışıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
27
1
azertag.az

2Mənbələr