AZ

"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"

"PAŞA Bank"ın səhmlərinin İlkin Kütləvi Təklifinin (İPO - Initial Public Offering) parametrləri (səhmlərin təklif qiyməti daxil satış şərtləri - red) Mart ayının sonunda açıqlanacaq. 

Marja.az xəbər verir ki, bunu "PAŞA Bank"ın səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) dair tədbirdə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

"Səhmlərinin İlkin Kütləvi Təklifi üzrə parametrlərini Novruz bayramından dərhal sonra ictimaiyyətə açıqlayacağıq. İPO prosesinin May ayının ortasınadək yekunlaşdırmağı nəzərdə tuturuq",- Bankın sədri bildirib. 

Qeyd edək ki, İlkin Kütləvi Təklif çərçivədə "PAŞA Bank"ın nizamnamə kapitalının 5%-i, yəni 932 926 ədəd adi adlı səhm bazara təqdim olunacaq.

Seçilən
135
marja.az

1Mənbələr