AZ

Bakıda ictimai nəqliyyatın hərəkət xəritəsini hazırlamalıdırlar Memardan TƏKLİF FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Memar Elçin Əliyev Bakıda ictimai nəqliyyatın təşkili ilə bağlı iradlarını səsləndirib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə paytaxtda bu günə qədər vahid və açıq ictimai nəqliyyat hərəkət sxeminin olmadığını bildirib.

Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, digər iri paytaxt şəhərlərindən fərqli olaraq, Bakıda ictimai nəqliyyat marşrutlarının inteqrasiya olunmuş və ictimaiyyət üçün əlçatan xəritə-sxemi mövcud deyil. Bu isə həm sakinlər, həm də şəhərə gələn qonaqlar üçün çətinlik yaradır.

O, şəhər nəqliyyat sisteminin planlı şəkildə yenidən təşkilinə, marşrut sxemlərinin ictimaiyyətə açıq formada təqdim olunmasına və dayanacaqların funksional təyinatına uyğun qurulmasına ehtiyac olduğunu vurğulayıb.

Eltac Zülfüqaroğlu

Oxunub 192

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
avtosfer.az

1Mənbələr