AZ

Strateji dialoq və regional sabitlik: Bakıda səslənən mühüm mesajlar ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illər Cənubi Qafqaz regionu qlobal geosiyasi rəqabətin, enerji təhlükəsizliyi məsələlərinin və yeni nəqliyyat-logistika marşrutlarının formalaşmasının əsas mərkəzlərindən birinə çevrilib. Post-münaqişə dövründə yaranmış yeni reallıqlar region dövlətlərinin beynəlxalq sistemdə rolunu daha da artırıb və xüsusilə Azərbaycanın təşəbbüskar mövqeyi diqqət mərkəzinə çıxıb. Belə bir mürəkkəb və dinamik şəraitdə Cey. Di. Vensin Bakıda mətbuata verdiyi bəyanat təkcə diplomatik nəzakət çərçivəsində səslənən fikirlər toplusu deyil, həm də ABŞ-ın regiona baxışının, prioritetlərinin və Azərbaycanla tərəfdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisi kimi dəyərləndirilə bilər. Bu çıxış, eyni zamanda, Azərbaycanın artan beynəlxalq nüfuzunun və həyata keçirdiyi müstəqil siyasətin qlobal aktorlar tərəfindən nəzərə alındığını göstərən mühüm siyasi mesaj kimi çıxış edir.

Cey. Di. Vensin Bakıda mətbuata verdiyi bəyanat regional və beynəlxalq siyasi kontekstdə diqqət çəkən mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu çıxış təkcə ABŞ–Azərbaycan münasibətlərinin cari mərhələsini əks etdirmir, eyni zamanda Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan roluna verilən önəmi nümayiş etdirir. Vitse-prezidentin bəyanatında Azərbaycanın regional sabitliyin təmin olunmasında, enerji təhlükəsizliyində və nəqliyyat-kommunikasiya layihələrinin inkişafında oynadığı rolun vurğulanması ölkəmizin beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Xüsusilə enerji əməkdaşlığı və marşrutların şaxələndirilməsi məsələlərinə diqqət yetirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji mövqeyinin ABŞ tərəfindən də yüksək qiymətləndirildiyini göstərən mühüm mesajdır. Bu, həm də Azərbaycanın uzun illərdir həyata keçirdiyi praqmatik və çoxşaxəli enerji diplomatiyasının real nəticələr verdiyini təsdiqləyir. Eyni zamanda regionda davamlı sülhün və sabitliyin vacibliyinin qeyd olunması Azərbaycanın post-münaqişə mərhələsində irəli sürdüyü normallaşma, kommunikasiyaların açılması və əməkdaşlıq təşəbbüslərinə beynəlxalq dəstəyin ifadəsi kimi qəbul oluna bilər.

Bəyanatda dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinin vurğulanması Azərbaycanın illər boyu ardıcıl şəkildə müdafiə etdiyi beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi ilə tam üst-üstə düşür. Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalıb. Bu baxımdan səsləndirilən fikirlər dövlətimizin prinsipial və ardıcıl siyasətinin düzgünlüyünü bir daha göstərir.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt xüsusi qeyd olunmalıdır. Məhz cənab Prezident İlham Əliyevin düşünülmüş və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan Respublikası regionda əsas söz sahibinə çevrilib, enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edib, eyni zamanda müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlayıb. Onun rəhbərliyi ilə dövlətimizin suverenliyi və milli maraqları qətiyyətlə müdafiə olunub, beynəlxalq tərəfdaşlarla münasibətlər isə qarşılıqlı fayda və hörmət prinsipləri əsasında inkişaf etdirilib.

Beləliklə, ABŞ vitse-prezidentinin Bakıda səsləndirdiyi bəyanat təkcə diplomatik protokol xarakterli çıxış kimi deyil, Azərbaycan Respublikasının son illərdə formalaşdırdığı siyasi, iqtisadi və geostrateji kursun beynəlxalq miqyasda qəbulunun ifadəsi kimi dəyərləndirilə bilər. Bu bəyanat ölkəmizin artan beynəlxalq nüfuzunun, regionda sabitlik və əməkdaşlıq gündəmini ardıcıl şəkildə irəli aparmasının, həmçinin praqmatik və balanslaşdırılmış xarici siyasət xəttinin düzgünlüyünün daha bir təsdiqidir. Azərbaycanın təşəbbüskar mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı açar rol, eləcə də post-münaqişə mərhələsində sülh və normallaşma istiqamətində atdığı addımlar artıq qlobal güc mərkəzləri tərəfindən real siyasi faktor kimi nəzərə alınır.

Eyni zamanda bu çıxış Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması üçün əlverişli zəminin mövcudluğunu göstərir. Qarşılıqlı hörmət, milli maraqların tanınması və strateji əməkdaşlıq prinsipləri əsasında qurulan dialoq iki ölkə arasında enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik məsələlərində daha dərin və sistemli əməkdaşlıq perspektivləri açır. Bu isə Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində etibarlı, müstəqil və söz sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
sesqazeti.az

1Mənbələr