AZ

Səfərdə oynasaq da, üstün tərəf biz idik Şəfa nın baş məşqçisi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1-ci Liqanın 14-cü turunda səfərdə çempionluq uğrunda mübarizə aparan "Səbail" ilə üz-üzə gələn lider "Şəfa" meydanda qolsuz heç-heçə ilə ayrıldı. Uzatma dəqiqələrində top cərimə meydançasında "dənizçilər"in futbolçusunun əlinə dəysə də, hakim yekunda penalti verməmək qərarına gəldi. Üstün oynamasına rəğmən, 1 xalla kifayətlənən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "ASCO Arena"da baş tutan görüşlə bağlı fikirlərini bölüşməsini xahiş etdik.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Maraqlı və gərgin oyun alındı. Səfərdə oynasaq da, oyuna nəzarət edən tərəf biz idik. Rəqib çox sıx mudafiə olunduğu üçün işimiz bir qədər də çətinləşdi. Buna baxmayaraq, qol fürsətləri yaratmağı bacardıq. Təəssüf ki, yaxaladığımız epizodlardan yararlana bilmədik. Umumilikdə komandamızdan razı qaldım. Çox istəkli idilər. Məqsədimiz liderliyimizi qorumaqdır. Çalışacağıq ki, növbəti oyunlarda hucumların kəsərini artıraq".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
fanat.az

2Mənbələr