AZ

Cahid Mikayılov: Naxçıvan bir kvadratmetr əraziyə düşən Günəş işığına görə ölkədə birinci yerdədir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan, 13 fevral, N.Əsgərov, AZƏRTAC

Naxçıvan ölkəmizdə bir kvadratmetr əraziyə düşən Günəş işığına görə birinci yerdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Merlər razılaşması-Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə çıxışı zamanı Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov söyləyib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonası elan edildiyini xatırladan şöbə müdiri bildirib ki, enerji səmərəliliyi iqtisadi faydalar, ətraf mühitin qorunması və gələcək nəsillərə daha sağlam mühitin ötürülməsi deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
azertag.az

2Mənbələr