AZ

"Aşkar favorit "Nyukasl"dır, "Qarabağ"a çətin olacaq"

"Qarabağ" üçün ağır və sıx qrafik başlayır. Rotasiyalara ehtiyac var. Çempionlar Liqasında "Nyukasl"la qarşılaşacaq. Bilirsiz, "Nyukasl" üçün adi haldır. İlboyu 3 gündən bir oynayırlar, belə tempə öyrəşiblər. Ona görə də "Qarabağ" üçün bir az çətin olacaq. Amma nə qədər çətin olsa da, onların da rotasiyası üçün heyəti var. Ən azından əllərindən gələni edəcəklər ki, Çempionlar Liqasında uğurlarının davamını gətirsinlər. Nə qədər çətin olsa da, yaxşı nəticə gözləyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib: "Aşkar favorit "Nyukasl"dır. "Qarabağ"a çətin olacaq. İnanıram ki, komandamız yaxşı nəticə əldə edə bilər. "Qarabağ" bu mövsüm ÇL-də sürprizlər edib. İnanıram ki, ən azından Bakıdakı matçda Azərbaycan xalqını sevindirəcəklər".

Əmirquliyev "Qarabağ"ın "Sabah"la çempionluq mübarizəsi aparması haqda isə bunları deyib: "Çempionatda maraqlı oyunlar gedir. "Sabah" bu mövsüm yaxşı çıxış edir. "Qarabağ" üçün bu mövsüm çempion olmaq çətin olacaq. Düzdür, sona kimi mübarizə gedəcək. Sonda "Sabah" olacaq, ya "Qarabağ", ya başqası...İndidən deyə bilmərəm. Düşünürəm ki, çempion yenə "Qarabağ" olacaq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr