AZ

Minlərlə İŞİD döyüşçüsü Suriyadan İraqa köçürüldü

ABŞ ordusu Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan İraqa 7000-ə qədər keçmiş İŞİD döyüşçüsünün köçürülməsini demək olar ki, başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə həftədir davam edən döyüşçülərin köçürülməsi cümə günü başa çatdırıla bilər. Onların bir çoxunun Bağdadın Əl-Kərx rayonundakı, Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən həbsxanada saxlanılacağı gözlənilir.

İraq hakimiyyətinin açıqlamasına görə, Suriyadan köçürülən döyüşçülərə qarşı irəli sürülə biləcək ittihamlara kimyəvi silahların istifadəsi və soyqırımı daxildir.

Seçilən
17
ucnoqta.az

1Mənbələr