AZ

Tramp Vensi Bakıya buna görə göndərib?

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və Türkiyə arasındakı münasibətlər vacibdir, “Tramp Marşrutu” layihəsi bu əlaqələri möhkəmləndirə bilər.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin Ukrayna və Özbəkistandakı sabiq səfiri, analitik Con Herbst Ermənistan mediasına deyib.

Diplomat bildirib ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda yaratmaq istədiyi nəqliyyat dəhlizində maraqlıdır.

Herbst xatırladıb ki, Türkiyə və Azərbaycan uzun müddətdir Zəngəzur dəhlizini müzakirə edir.

Sabiq səfirin fikrincə, Trampın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz haqqında uzaqgörən baxışları var:

“Donald Tramp bunu altı ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan naziri Nikol Paşinyanla görüşündə də nümayiş etdirdi və ABŞ-nin bu bölgədə dayanıqlı sülhə marağını təsdiqlədi. İndi bu istiqamətdə inkişaf görürük. Artıq Tramp Cənubi Qafqazda Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirəcək dəhlizdən danışmağa başlayıb.

Bundan əlavə, ABŞ Prezidenti keçən ilin noyabrında Mərkəzi Asiyanın bütün ölkələrinin liderləri ilə görüşüb və Vaşinqtonun Orta Dəhlizə marağını təsdiqləyib. Vaşinqton “Tramp Marşrutu”nu Mərkəzi Asiya dəhlinə bağlamaq istəyir”.

O əlavə edib ki, Donald Tramp ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensi bu ideyaları həyata keçirmək üçün İrəvan və Bakıya göndərib: “Vensin bu səfər çərçivəsində hansı nəticəyə gəldiyini bilmirəm, amma onun səfəri ən azı bu ideyanın inkişafına töhfə verəcək”.

Con Herbst ABŞ-nin maraqları üçün Mərkəzi Asiya və Cənubi Qafqazın vacibliyini vurğulayıb: “Bu regionlar Rusiya, Çin və digər əsas aktorların sərhədlərində yerləşir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
www.bakupost.az

4Mənbələr