Avropa ilə ABŞ arasında gərgin münasibətlər fonunda Almaniyada Münhen Təhlükəsizlik Konfransı işə başlayır.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, konfrans 13-15 fevral tarixlərində keçiriləcək.
Konfransa 50-dən artıq dövlətin başçılarının və təxminən 100 nazirin qatılacağı gözlənilir. ABŞ tərəfini ölkənin dövlət katibi Marko Rubio və çox sayda konqresmen təmsil edəcək, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və dövlət başçısının kürəkəni Cared Kuşnerin də tədbirə qatılacağı gözlənilir.
Bundan əlavə, konfransda Çinin xarici işlər naziri Van İ, eləcə də Hindistan, Braziliya, İsveçrə və Avstriyanın rəsmi nümayəndələri də iştirak edə bilərlər.
Almaniya KİV-lərin yazdığına görə, konfrans zamanı Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında görüşün keçirilməsi nəzərdə tutulub.
"Cebheinfo.az"