AZ

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank realsektor nümayəndələri üçün səhmlərin İlkin Kütləvi Təklif (IPO) yoluilə yerləşdirilməsi mövzusunda ilk tədbirini keçirib. Tədbirinməqsədi sahibkarları kapital bazarlarının təqdim etdiyi imkanlarlatanış etmək, eyni zamanda PAŞA Bank-ın səhmləri və IPO mexanizmibarədə daha aydın və praktik məlumat təqdim etmək olub.

13 fevral 2026-cı il tarixində baş tutan tədbirdə iştirakçılarakapital bazarlarının imkanları, IPO mexanizmi, eləcə də PAŞABank-ın səhmlərinin yerləşdirilməsi prosesi və investorlar üçünyaratdığı imkanlar barədə məlumat verilib. 100-dən artıq sahibkarıniştirak etdiyi görüşdə bank sektoru, kapital bazarları vətənzimləyici dövlət qurumlarının nümayəndələrinin iştirakı iləgeniş fikir mübadiləsi aparılıb, real bazar təcrübələri və praktikiyanaşmalar paylaşılıb.

Tədbirdə çıxış edən PAŞA Bank-ın İdarə Heyətinin sədri və başicraçı direktoru Cavid Quliyev IPO-nun strateji əhəmiyyətinivurğulayıb:

“PAŞA Bank olaraq IPO-ya çıxmağımız uzun illər ərzindəformalaşdırdığımız dayanıqlı inkişaf modelinin növbətimərhələsidir. Bu addımla biz həm Bankın şəffaflıq və korporatividarəetmə standartlarını daha da gücləndirir, həm də illər ərzindəyaratdığımız dəyəri daha geniş investor çevrəsi ilə paylaşmağahazır olduğumuzu göstəririk,” – deyə Cavid Quliyev bildirib.

C. Quliyev əlavə olaraq qeyd edib ki, PAŞA Bank uzun illərdirüzərində sistemli şəkildə çalışdığı strategiya çərçivəsində kapitalbazarlarının inkişafını və qiymətli kağızlar bazarınındərinləşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib.Onun sözlərinə görə, Bankın IPO-ya planlı şəkildə hazırlanması daməhz bu uzunmüddətli yanaşmanın tərkib hissəsidir.

Qeyd edək ki, PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanınaparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçikvə orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətinmaliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bankxidmətləri təqdim edir. Bankın əsas fəaliyyəti qeyri-neftsektorunun inkişafına dəstək vermək, real sektorun maliyyəehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatınınşaxələndirilməsinə töhfə verməkdir. PAŞA Bank Azərbaycanla yanaşıGürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri “International InvestorMagazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsaskateqoriyada - “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ənyaxşı KOS bankı” - adına layiq görülüb.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyitöhfələrə görə “Euromoney”, “International Investor Magazine” və“Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən birsıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s BestPrivate Banks 2025” titullarına layiq görülüb. Eyni zamanda, Bank2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti”nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycanbankı olub.

Məqalədə:
Seçilən
169
6
az.trend.az

7Mənbələr