AZ

Super Liqadan dəvəti var - “Sabah”la müqaviləsini uzatmadı

“Sabah”ın qapıçısı Stas Pokatilov komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “vesti.kz” saytı məlumat yayıb.

Qazaxıstanlı qolkiperin Masazır təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Pokatilov klubun yeni sözləşmə təklifini qəbul etməyib.

Qazaxıstan millisinin üzvünə Türkiyədən təklif var. 33 yaşlı “əlcək sahibi” özünü Super Liqada sınamağa isti yanaşır.

Stas Pokatilov 2025-ci ilin yanvarından “Sabah”da çıxış edir. O, cari mövsümdə Premyer Liqanın liderinin heyətində 27 oyunda meydana çıxıb.

Seçilən
26
sportinfo.az

1Mənbələr