AZ

Bələdiyyələrin fəaliyyətində rəqəmsallaşma prosesləri sürətlənməlidir Azər Badamov

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Ölkəmizdə dövlət siyasəti rəqəmsallaşma, süni intellekt və mütərəqqi yüksək texnologiyaların tətbiqinin genişləndirilməsinə hədəflənib".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Badamov bildirdi.

O əlavə etdi ki, dövlət başçısının sədrliyi ilə keçirilən "Azərbaycan Rəqəmsal Arxitekturası" layihəsinin müzakirəsində də bu məsələlərə xüsusi toxunulub:

"Bu baxımdan bələdiyyələr də ölkədə həyata keçirilən proseslərdən, inkişafdan kənarda qala bilməz. Ona görə də bələdiyyələrin fəaliyyətində rəqəmsallaşma prosesləri sürətlənməlidir. Bələdiyyə qərarlarının vahid elektron platformalar üzərindən yerləşdirilməsi, maliyyə hesabatlarının açıq bazada təqdim olunması həm inzibati nəzarəti asanlaşdırar, həm də ictimai nəzarəti gücləndirər".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
1
redaktor.az

2Mənbələr