Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus olan Türkiyənin "Serikspor" klubu uğursuz çıxışlarını davam etdirir.
Komanda son turda səfərdə "Bodrum"la qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. Türkiyə 1-ci Liqasında mübarizə aparan "Serikspor"un azarkeşləri nəticələrdən narazı qalıb və klub rəhbərliyinə, xüsusilə də sahibkara qarşı sərt etirazlar səsləndiriblər.
Məlumatlarda bildirilir ki, klubda ciddi maliyyə problemləri yaşanır. Maddi çətinliklər səbəbindən bir sıra futbolçular komandanı tərk edir. İddialara görə, klub rəhbəri öz oğlu İlya Sadıqova hücum xəttində şans verir. Lakin o, 17 oyunda meydana çıxmasına baxmayaraq, cəmi bir dəfə qapıya zərbə endirə bilib.
Qeyd edək ki, "Serikspor" son 4 həftə ərzində çempionatda bir dəfə də olsun fərqlənə bilməyib. Bu göstərici komandanın turnir cədvəlində geriləməsini daha da sürətləndirib.//Milli.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.