ain.az, Adelet.az portalına istinadən məlumat verir.
“Əvvəllər biz bələdiyyələrlə bağlı danışanda, onlara icra hakimiyyətlərinin təsiri, mane olmasını qabardırdıq. Amma indi faktiki olaraq icra hakimiyyətləri də yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum olublar”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Mənə elə gəlir ki, biz yerlərdə idarəetmə modeli tapana qədər, ya bələdiyyələtrin statusunu genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayrımaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, - deyə deputat bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.