AZ

Ölkədə bələdiyyələrin sayı yenidən azaldılmalıdır - Deputatdan təklif

Azərbaycanda hazırda fəaliyyət göstərən 1605 bələdiyyənin sayının azaldılması xərclərin optimallaşdırılmasına və idarəetmənin səmərəliliyinin artırılmasına kömək edə bilər. Bunu deputat Vüqar Bayramov Milli Məclisin fevralın 13-də keçirilən iclasında bələdiyyələrin illik məruzəsinə münasibət bildirərkən deyib. 

O bildirib ki, ölkədə hər min nəfərə düşən bələdiyyələrin sayı yüksəkdir və bu səbəbdən onların sayının azaldılması məqsədəuyğun hesab olunur.

Onun sözlərinə görə, strukturun optimallaşdırılması xərclərin azaldılmasına və bələdiyyələrin daha səmərəli fəaliyyətinə şərait yarada bilər.

Deputat əlavə edib ki, bələdiyyələr mərhələli şəkildə rəqəmsallaşdırılmalı və idarəetmədə müasir texnologiyaların tətbiqi genişləndirilməlidir.

Hazırda Azərbaycanda 1605 bələdiyyə fəaliyyət göstərir.

Gülnar Nazimqızı 

Seçilən
8
1
anews.az

2Mənbələr