AZ

Qazaxıstanın “Astana” klubu Bakıda təlim-məşq toplanışı keçəcək

Bakı, 13 fevral, AZƏRTAC

Qazaxıstanın “Astana” həndbol klubu Bakıda təlim-məşq toplanışı keçəcək.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, qadınlardan və kişilərdən ibarət komandaların hazırlıq prosesi fevralın 14-23-də “AHF Arena”da reallaşacaq.

"Astana" hazırıq çərçivəsində yerli klublarla yoxlama oyunları da keçirəcək.

Təlim-məşq toplanışında əsas məqsəd komandaların fiziki və taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin qarşıdakı beynəlxalq turnirlərə hazırlığın gücləndirilməsidir.

 

Seçilən
30
1
azertag.az

2Mənbələr