AZ

Bölgə klubu Premyer Liqanı istəyir – Stadion problemi həll olur 

Uzun müddətdir təmir üçün bağlanan Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda çalışmalara start verilir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, arenada mart ayında təmir-bərpa işlərinin başlayacağı bildirilir. Artıq rəhbərlik bunula bağlı qərar qəbul edib.

Qış transfer dönəmində heyəti gücləndirən “Mingəçevir”də hədəf Premyer Liqadır. Bölgə təmsilçisi mövsümü yuxarı pillələrdə bitirmək istəyir.

Bu səbəbdən də rəhbərlik stadion problemini ən qısa vaxtda həll etmək niyyətindədir. Növbəti aydan arenada işlər başlanacaq.

Xatırladaq ki, Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” hazırda Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun köməkçi meydançasında oynayır.

 

Seçilən
19
idmanxeber.az

1Mənbələr