AZ

Rahim Sterlinqin yeni klubu bəlli oldu

İngiltərəli futbolçu Rahim Sterlinq karyerasını Niderlandda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu “Feyenord” klubu ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Sterlinqin son komandası “Çelsi” olub. London təmsilçisi yanvarın 28-də onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlamışdı.

22 turdan sonra “Feyenord” 42 xalla Niderland çempionatında ikinci pillədə qərarlaşıb və lider PSV-dən 17 xal geri qalır.

Seçilən
47
idmanxeber.az

1Mənbələr