AZ

Laporta istefaya yollandı ki...

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Barselona”da kluba yeni prezident seçkisi ilə bağlı rəsmi kampaniyaya start verilib. Buna görə zəruri sayılan ilk addım atılıb."Football-plus.az" xəbər verir ki, İspaniya klubunun rəsmi saytının məlumatına görə, seçki prosesi fevralın 9-da başlayıb. Seçki isə martın 15-də keçiriləcək. Bu proses prezident Xuan Laportanın və idarə heyətinin üzvləri Yelena Fort, Rafael Eskudero, Ferran Oliver, Xosep Mariya Albert, Xavyer Barbani, Mikel Kamps, Aureli Mas, Xavyer Puiq və Xuan Soler Ferrenin istefası ilə başlayıb. “Barselona”da prezidentin səlahiyyətlərini müvəqqəti klubun birinci vitse-prezidenti Rafa Yuste icra edəcək. Qeyd edək ki, Laporta yenidən prezident vəzifəsinə namizədliyini irəli sürüb. Bu posta digər iddiaçılar isə Viktor Font, Mark Siria və Xuan Kamprubidi.“Barselona” prezidenti vəzifəsinə rəsmi namizəd olmaq üçün iddiaçıların klubun üzvlərindən ən azı 2321 imza toplaması tələb olunur. Seçkidə qalib gələcək namizədin başçılıq edəcəyi idarə heyəti fəaliyyətə iyulun 1-dən başlayacaq.Yeri gəlmişkən, “Barselona” ilə bağlı digər vacib xəbəri də nəzərinizə çatdıraq. Kataloniya klubu Avropa Superliqası layihəsini tərk edib. Bu barədə klubun yaydığı məlumatda belə deyilir: “Barselona” klubu fevralın 7-də Avropa Superliqası layihəsini hazırlayan şirkətə - “European Super League Company”yə və layihədə iştirak edən digər klublara bu layihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib”.Qeyd edək ki, Avropa futbolunda yeni eranın başlanğıcı sayılan Superliqanın yaradılması barədə rəsmi elan 2021-ci ilin aprelində verilmişdi. “Barselona” Superliqanın 12 təsisçisindən biri kimi çıxış edirdi. Əvvəlcə İngiltərənin 6 klubu layihəni tərk etmiş, sonra daha bir neçə klub da belə addım atmışdı. İndi Superliqa layihəsində iştirakı davam edən yeganə klub “Real”dı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
icma.az

2Mənbələr