AZ

Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpen şəhərinə verilib

Azərbaycandan Ukraynanın İrpen şəhərinə humanitar yardım çərçivəsində generatorlar göndərilib.

Far.Az xəbər verir ki, bu barədə məlumat Ukraynanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşılıb.

Məlumata görə, yardım Ukrayanın Azərbaycandakı səfiri Yuriy Husyev və Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mykola Kalaşnıkovun iştirakı ilə İrpen şəhərinə təhvil verilib.

Qeyd edilib ki, generatorlardan ibarət humanitar yardım partiyası Azərbaycan xalqı və təşkilatları tərəfindən toplanaraq Ukraynaya göndərilib və İrpen şəhərinə dəstək məqsədi daşıyır.

Seçilən
11
18
far.az

10Mənbələr