AZ

İran TIR ı Ələt Astara yolunda qəzaya düşdü FOTO/VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Ələt–Astara magistralının 77-ci kilometrliyində İran dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə sürüşüb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində yarıaşmış vəziyyətdə qalan nəqliyyat vasitəsinin sürücüsü avtomobili tərk etməyə müvəffəq olub. İlkin məlumata görə, sürücünün vəziyyəti qənaətbəxşdir.Qeyd edək ki, sözügedən istiqamətdə yollarda buzlanma hələ də qalmaqdadır və bu, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaradır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
bizim.media

2Mənbələr