AZ

ABŞ Karib dənizində narkotacirlərə qarşı əməliyyatlarda ilk hərbçisini itirib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Dəniz Piyada Korpusunun hərbçisi Karib dənizində “USS Iwo Jima” hərbi gəmisindən suya düşərək həyatını itirib.

APA “Cbsnews”a istinadən xəbər verir ki, hadisə “Operation Southern Spear” əməliyyatı çərçivəsində ABŞ-ın ilk məlum ölüm faktıdır.

Qeyd edilib ki, hadisə fevralın 7-i axşam baş verib. 72 saat davam edən axtarışlardan sonra dəniz piyadası ölü elan edilib.

Qeyd edək ki, keçən il başlanmış “Operation Southern Spear” əməliyyatı Tramp administrasiyasının transsərhəd cinayətkar dəniz şəbəkələrinin, xüsusilə narkotik qaçaqmalçılığı ilə bağlı fəaliyyətin aşkar edilməsi və qarşısının alınması məqsədi daşıyan hərbi və müşahidə kampaniyasıdır. Bu əməliyyat Karib dənizi və Sakit okeanda onlarla ölüm halına və ən azı narkotik daşıdığı iddia edilən 39 gəminin batırılmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
6
apa.az

7Mənbələr