Qazaxıstan -Rusiya sərhədindəki keçid məntəqələrində yük maşınlarının növbələri Çindən idxalın 25 faizinə qədər təsir göstərib.
Publika.az xəbər verir ki, bu qiymətləndirməni “Service Logistics Company” (SLK) şirkətinin logistika şöbəsinin müdiri Aleksey Zaxudalin Lenta.ru-ya verdiyi şərhdə edib.
Ekspert vurğulayıb ki, hesablamalara görə, 2025-ci ilin noyabr ayında Çindən gələn bütün istehlak idxalının 10-25 faizi Qazaxıstanla sərhəddə "ilişib qalıb".
Zaxudalin 2025-ci ilin sentyabr-noyabr aylarında Qazaxıstan sərhədində yük maşınlarının tıxacının təsirini şərh edərək qeyd edib ki, respublika ərazisindən keçən yük daşımalarının payı logistika şirkətindən asılı olaraq dəyişə bilər. O, həmçinin bildirib ki, Rusiya ilə Qazaxıstan arasındakı keçid məntəqələrində yoxlamalar logistika axınlarının alternativ marşrutlara yenidən bölüşdürülməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Öz növbəsində, nəqliyyat və ekspeditor şirkəti “MTA Group”un baş direktoru Andrey Dmitriçyev qeyd edib ki, Qazaxıstan hakimiyyəti ikili təyinatlı yüklər, ayaqqabı, geyim və mikroelektronika üzərində ciddi nəzarəti qoruyub saxlayıb.