AZ

“Bloomberg”: İran parçalanır

BAKI, 13 fevral. TELEQRAF

Partlayış həddinə çatan xalq, ABŞ-nin hücum təhdidi, “müqavimət oxu”nun dağılması, korrupsiya və pis daxili idarəetmə İran rejimi və SEPAH-ı çıxış yolu görünməyən vəziyyətə salıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentlik hesab edir ki, İranda böyük dəyişikliklər üçün zəmin formalaşıb. Mənbə bu iddianı əsaslandırmaq üçün iqtisadi tənəzzül, proksi qüvvələrin itirilməsi, İsrail və ABŞ ilə qarşıdurma, tarixi ictimai qəzəb partlayışı və rejimin etirazlar zamanı yol verdiyi dəhşətli zorakılıq kimi amilləri sadalayıb.

Media orqanının fikrincə, İrandakı parçalanma təkcə onilliklər boyu davam edən sanksiyalarla bağlı deyil, həm də ölkə iqtisadiyyatını tükəndirən daxili siyasətin nəticəsidir:

“Sanksiyalar hökumətin əsas gəlir mənbəyi olan neft satışını məhdudlaşdırıb. Tehran hələ də xam neft ixrac edə bilsə də, alıcı cəlb etmək üçün ciddi endirimlərlə satmağa məcbur olur. Dekabrdan vəziyyət daha da pisləşib”.

Məqalənin bir hissəsində proksi qüvvələrin İranın hazırkı durumundakı roluna toxunulur:

“Tehranın “müqavimət oxu” adlandırdığı - rejimin regionda əsas güc mərkəzi hesab olunan proksi qüvvələr də ciddi itkilər verib. HƏMAS və “Hizbullah” ciddi şəkildə zəifləyib, Suriyada isə hakimiyyət açıq şəkildə Tehrana düşmən olan qrupun əlindədir”.

“Bloomberg” yekunda bu qənaətə gəlir ki, Tehran çıxış yolu görünməyən dalana sıxışdırılıb.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr