AZ

Dəniz çağırır: Kruiz niyə artıq lüks yox, ağıllı seçimdir? – Cruises.az rəhbəri ilə müsahibə

Dənizə baxanda insan bəzən sadəcə üfüqü deyil, öz gələcək xatirələrini görür. Kruiz səyahəti də məhz belədir — bir həftə ərzində bir neçə ölkə, fərqli mədəniyyətlər, hər səhər yeni liman və stresssiz istirahət. Bu gün kruiz artıq “üzən mehmanxana” deyil, səyahətin ən rahat, məntiqli və emosional formasıdır. Azərbaycanda bu mədəniyyəti formalaşdıran əsas ünvan isə Cruises.az-dır. Yenisabah.az bu mövzuda Cruises.az-ın rəhbəri Azər Quliyev ilə danışıb.

- Salam, Azər bəy! İlk növbədə Cruises.az barədə oxucularımıza məlumat verərdiniz.

- Salam, təşəkkür edirəm. Qürurla qeyd etmək istəyirəm ki, Cruises.az Azərbaycanda Beynəlxalq Kruiz Xətləri Assosiasiyasının (CLIA – Cruise Lines International Association) yeganə akkreditasiyalı kruiz agentliyidir (Accreditation No: 00045751). Bu akkreditasiya təsadüfi verilmir — bu, beynəlxalq standartlara uyğunluğun, şəffaflığın və peşəkarlığın rəsmi təsdiqidir.

10 ildən artıqdır ki, biz sırf kruiz səyahətləri üzrə ixtisaslaşmışıq. Cruises.az-da kruiz sadəcə satış deyil — idarə olunan prosesdir: marşrut, viza, uçuş, transfer, liman qaydaları və mümkün risklər əvvəlcədən analiz edilir, müştəri proses boyu tək buraxılmır.

Bundan əlavə, sosial məsuliyyət bizim üçün sadəcə söz deyil. Cruises.az vasitəsilə satılan hər kruizdən YAŞAT Fonduna ianə edilir. Yəni müştərilərimiz təkcə səyahət etmir — həm də yaxşı bir işin parçasına çevrilirlər.

- Niyə seçiminiz məhz kruizlər oldu?

- 1994–2000-ci illərdə ali təhsilimi Türkiyədə turizm sahəsində aldım, 2000–2002-ci illərdə isə Türkiyədə “Marketinqin idarə olunması” üzrə magistratura oxudum. 2013-cü ildə AERO TOUR-u yaratdım və 2015-ci ildə onun daxilində Cruises.az brendini formalaşdırdım.

2000-ci illərin ortalarında Azərbaycan bazarında istirahət anlayışı əsasən “otel + hər şey daxil” modeli idi və turistlərimiz çox vaxt eyni istiqaməti seçirdi. Mən turizm mütəxəssisi kimi hiss edirdim ki, bu model sonsuz davam etməyəcək və insanlar daha məzmunlu səyahət axtaracaqlar.

Kruiz mənim üçün üç səbəbə görə ideal idi:

Daha sərfəli idi — bir qiymətə bir neçə ölkə.

Daha zəngin təcrübə idi — mədəniyyət, tarix, dəniz və komfort bir yerdə.

Bazar boşluğu var idi — Azərbaycanda real peşəkar kruiz yanaşmasına ehtiyac vardı.

Bu gün də doğru qərar verdiyimi rəqəmlər sübut edir: CLIA-nın məlumatına görə 2025-ci ildə dünya üzrə 37 milyondan çox sərnişin kruizi seçərək rekord qırıb. Bu, kruizin artıq niş məhsul deyil, qlobal həyat tərzi olduğunu göstərir.

- 2025-ci ili Cruises.az hansı nəticələrlə başa vurdu?

- 2025-ci il bizim üçün çox məhsuldar oldu.

MSC Cruises, Costa Cruises, Norwegian Cruise Line və Celestyal Cruises-in Azərbaycanda rəsmi nümayəndəsi olduq.

Royal Caribbean, Celebrity Cruises, Disney Cruises və AROYA Cruises ilə rəsmi tərəfdaşlıq sazişləri imzaladıq.

MSC Cruises-dən “BEST PRODUCER 2025” mükafatını qazandıq.

Costa Cruises-in dünya səviyyəli “TOP PARTNERS – Wonder Makers” tədbirinə dəvət aldıq və şəxsən iştirak etdik.

Burada vacib məqam odur ki, Cruises.az komandası mütəmadi olaraq beynəlxalq kruiz tədbirlərində iştirak edir, gəmilərdə inspeksiya aparır və bazar tendensiyalarını yaxından izləyir. Bu gün Cruises.az artıq sadəcə yerli agentlik deyil — beynəlxalq kruiz sənayesinin etibarlı tərəfdaşıdır.

- Kruiz səyahətinin əsas üstünlükləri nələrdir?

- Gəlin real həyat ssenarisi ilə baxaq. Bir ailə Barselonada bir həftə qalmaq istəyir. Bu zaman suallar yaranır:

Otel mərkəzdə olacaqmı?

Gecəlik qiymət nə qədərdir?

Yeməklər daxildirmi?

Nahar və axşam yeməyini harada yeyəcəyik?

Avropada şəhər otellərinin demək olar ki hamısı yalnız səhər yeməyi verir. Bu isə əlavə xərclər, restoran axtarışı və seçim riski deməkdir. Bir çox turist bunu açıq deməsə də, bu stress yaradır.

Kruizdə isə vəziyyət tam fərqlidir.

Gündə 3 dəfə yüksək keyfiyyətli açıq bufet var.

Yemək düşüncəsi aradan qalxır — insan sadəcə istirahət edir.

Gəmi gecə hərəkət edir, səhər yeni limandasınız.

Baqaj, otel dəyişmə, köç stressi yoxdur.

Əyləncə tərəfi də çox vacibdir. Müasir 4–5 ulduzlu kruiz gəmilərində:

canlı şoular,

teatr tamaşaları,

konsertlər,

viktorinalar,

uşaq klubları,

spa və fitness zonaları mövcuddur.

Avropa şəhərlərində belə proqramlar üçün ayrıca planlama, nəqliyyat və əlavə xərc tələb olunur. Kruizdə isə bütün bunlar artıq daxildir və turist stressdən azaddır.

- 2025-ci ildə hansı kruiz istiqamətləri daha populyar oldu?

- Müşahidələrimiz göstərir ki, 2025-ci ildə ən çox tələb olunan istiqamətlər bunlar oldu:

Aralıq dənizi (İtaliya, İspaniya, Fransa, Yunanıstan),

Şimali Avropa və Norveç fyordları,

Yunan adaları kruizləri.

2026-cı il üçün isə maraq artıq Asiya və Karib hövzəsinə də artır.

Xüsusilə qeyd etmək istəyirəm ki, İstanbul startlı Türkiyə sahilləri və Misir marşrutu böyük maraq doğurur — həm yaxın uçuş, həm də vizasız səyahət üstünlüyü var.

Cruises.az-dan müştərilərə xüsusi sürpriz! Fürsətdən istifadə edib bildirim ki, 2026-cı ilin sonunda Cruises.az vasitəsilə kruiz almış müştərilər arasında lotereya keçiriləcək və 3 şanslı cütlüyə 2027-ci il üçün tam pulsuz kruiz hədiyyə ediləcək. Bu, bizim müştərilərimizə minnətdarlığımızın və loyallıq strategiyamızın bir hissəsidir.

Kruizlərlə maraqlananlar bizimlə əlaqə saxlaya bilərlər:

???? +994 50 265 43 53

- Maraqlı söhbətə görə təşəkkür edirik.

- Bizi sosial şəbəkələrdə izləmək üçün

İnstagram, Youtube, Facebook, Tik-tok...

Nihad Haqverdiyev


Telegram kanalımız
Seçilən
127
yenisabah.az

1Mənbələr