AZ

CPM İnvest İnvestisiya Şirkəti ndə yığıncaq keçiriləck

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 1-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yğıncaq Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 82 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "CPM-İnvest"in 2025-ci il üzrə maliyyə (audit) hesabatının təsdiq edilməsi, ötən il əldə etdiyi xalis mənfəətin bir hissəsinin dividend kimi ödənilməsi məsələləri daxildir.

Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
1
marja.az

2Mənbələr