Əməkdar artist Bəsdi Sevdiyeva həyatında etdiyi dəyişiklikdən danışıb.
"Qonaqcanlı" proqramına qonaq olan müğənni bir çox dostlarını həyatından uzaqlaşdırdığını bildirib:
"Əhatəmi elə qəşəng təmizləmişəm ki... Yavaş-yavaş hamısını sınadım, gördüm. Ən yaxın adam belə mənə zərbə vurdu. Məni mərhum həyat yoldaşım Oqtay sakitləşdirirdi. Gözəl insan idi. O, mənim atam, anam, qardaşım idi. Dost olmuşuq". (Axşam.az)