AZ

Cənubi Koreyanın HDQ rəhbəri hərbi vəziyyət tətbiqində iştirakına görə vəzifəsindən kənarlaşdırılıb

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi admiral Kan Don Gil 2024-cü ilin sonunda sabiq prezident Yun Sok Yol tərəfindən hərbi vəziyyətin elan edilməsində iştirak ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Kan bu vəzifəyə ötən ilin sentyabrında Li Çje Myon administrasiyası dövründə təyin edilmişdi.

Nazirlikdən bildirilib ki, cümə günü qəbul edilmiş qərardan sonra HDQ komandanı vəzifəsini komandanın müavini icra edəcək. Həmçinin əlavə edilib ki, Kan barəsində intizam tədbirlərinə baxılacaq.

Bundan əvvəl Cənubi Koreya Müdafiə Nazirliyinin hərbi vəziyyətin tətbiqinə kömək edən 180-ə yaxın hərbi qulluqçunu müəyyən etdiyi bildirilmişdi. İntizam tədbirləri ilə yanaşı, bu prosesdə əsas rol oynamış üç general və beş polkovnikə qarşı cinayət işi açılıb.

Seçilən
7
1
ikisahil.az

2Mənbələr